Millətlər Liqasında rəqiblərimiz müəyyənləşir

milletler-liqasinda-reqiblerimiz-mueyyenlesir
Oxunma sayı: 789

Bu gün UEFA Millətlər Liqasının püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, tədbir Belçikanın paytaxtı Brüsseldə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşəcək. Ayxan Abbasovun baş məşqçilik etdiyi millimiz D Liqasının 1-ci səbətində yer alacaq. Qaydalara əsasən, D liqasında hər birində 3 komanda olmaqla, 2 qrup formalaşdırılacaq. Hər kollektiv isə öz qrupunda 4 oyun keçirəcək.

UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.

UEFA Millətlər Liqasının 2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya;

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya;

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç;

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə.

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail;

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna;

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya;

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo.

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan;

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan;

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya;

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino.

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu;

2-ci səbət: Lixtenşteyn, Andorra.