Milli komandamızın yeni baş məşqçisinin adı müəyyənləşdi

Milli komandamızın yeni baş məşqçisinin adı müəyyənləşdi
Oxunma sayı: 240

“Qafqazinfo”nun Trendə istinadən verdiyi xəbərə görə, federasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən, tanınmış idmançımız, bu günə qədər Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlardan ibarət yığma komandasının baş məşqçisi vəzifəsini icra edən Nizami Paşayev əsas komandanın baş məşqçisi təyin edilib. O, London Olimpiadasının sonuna qədər bu postda qalacaq.

Qeyd edək ki, yeni baş məşqçinin adı 2012-ci ilin yanvarında məlum olmalı idi. Ancaq milli komandanın bu vaxt keçiriləcək İslam Oyunlarında iştirak etməsi nəzərdə tutulduğundan İcraiyyə Komitəsi vaxtından əvvəl toplanaraq qərarını açıqlayıb.
Bununla yanaşı, milli komandamızın şərəfini qoruyan bolqar atletlərin baş məşqçisi vəzifəsinin icrası isə Zlatan Vanevə həvalə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi