Millimiz AÇ-nin finalında - Video-Foto

millimiz-ac-nin-finalinda
Oxunma sayı: 908

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

“Tipos Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız adını finala yazdırıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.