Perez “Real” azarkeşlərinə söz verdi - “İlk böyük transferi elan edəcəyəm”

perez-real-azarkeslerine-soz-verdi
Oxunma sayı: 483

“Real Madrid” klubunun prezidenti Florentino Perez qarşıdakı mövsüm üçün Madrid təmsilçisinin ilk böyük və səs-küylü transferinin adını artıq bu cümə axşamı açıqlayacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

İddialı danışan Perez öz idman layihəsinin əsas hədəfini bir daha xatırladıb:

“Bu cümə axşamı mən “Real”ın növbəti mövsüm üçün ilk böyük transferini elan edəcəyəm. Hər kəs mənim idman layihəmin nədən ibarət olduğunu yaxşı bilir: heyətdə ən yaxşı futbolçuları toplamaq və qələbələr qazanmağa davam etmək”.

Qeyd edək ki, başa çatan mövsümün nəticələrinə əsasən, Madrid klubu İspaniya La Liqasında turnir cədvəlini 86 xalla ikinci pillədə başa vurub.

Xatırladaq ki, transfer anonsu ilə yanaşı, “Real Madrid”də prezident seçkilərinin keçiriləcəyi tarix də dəqiqləşib. Seçkilər iyunun 7-də baş tutacaq. Yüksək post uğrunda iki namizəd mübarizə aparacaq: hazırkı prezident Florentino Perez və ispaniyalı iş adamı Enrike Rikelme.