Cəlilabadda qadın qətlə yetirildi - Şübhəlinin 15 yaşı var

celilabadda-qadin-qetle-yetirildi
Oxunma sayı: 2122

Cəlilabadda qətl hadisəsi törədilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib.

İlkin məlumata görə, hadisəni törədən A. adlı şəxs mərhumun baldızı oğludur. 

Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, 2011-ci il təvəllüdlü A. Ə. 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov