Tovuzda ağır qəza - Ölən və yaralananlar var

tovuzda-agir-qeza
Oxunma sayı: 350

Tovuz rayonunda ölümlə nətinəcələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verib. 

“VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü ölüb.

İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

Hadisə nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

Belə ki, qəzada 1961-ci il təvəllüdlü Nağıyev Ədalət Xanoğlan oğlu həyatını itirib.

Yunis Quliyev