Xəbər verdiyimiz kimi, Dünya Meteorologiya Təşkilatı Böyük Britaniya ilə İrlandiyada başlayan anomal istilərdən sonra “El Nino” iqlim hadisəsinin yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, təkcə Böyük Britaniyada anomal istilər pik həddə çatıb.
Həftəsonu ən azı 250 ölüm faktı qeydə alınıb. Ölüm hallarının yüksək olmasının əsas səbəbi kimi istilərin qəfil düşməsi və insanların hələlik buna uyğun davranışlara adaptasiya ola bilməməsi göstərilir.
Qeyd olunur ki, əsas böyük sınağın Şimali Avropada yaşanacağı gözlənilir. Bu mənada, Böyük Britaniya, İsveç və Norveç kimi ölkələrin qəfil istilərə tamamilə hazırlıqsız olduğu vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər