İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-nin dövlət katibi Marko Rubionun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin onlarla əməkdaşlıq etdiyini açıqlamasından sonra rəsmi Tehranın mövqeyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, XİN başçısı İran Silahlı Qüvvələrinin ABŞ tərəfindən istifadə olunan obyektləri hədəf aldığını təsdiqləyib.
Əraqçi “X” sosial şəbəkə hesabında Marko Rubionun Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin suallarına verdiyi cavabları ehtiva edən videonu paylaşaraq şərh yazıb.
Dövlət katibi Rubionun videodakı “müttəfiqlərimiz, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri və Küveyt bizimlə olduqca sıx əməkdaşlıq şəraitində hərəkət etdi” ifadəsinə cavab verib:
“Silahlı Qüvvələrimiz ABŞ-nin mülki dəniz daşımalarına hücumlar təşkil etmək və atəşkəsi pozmaq məqsədilə istifadəsinə icazə verilən məkanları qanuni müdafiə çərçivəsində hədəf alır. Hər növ düşmən addımına dərhal və qətiyyətlə cavab veriləcək, eləcə də sanksiyaların və müharibənin nail ola bilmədiyi hədəflərə daha böyük müharibə ilə çatmaq mümkün olmayacaq”.
Son xəbərlər
Son Xəbərlər