Mingəçevirdə 5 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində “Lexus” markalı avtomobil 5 yaşlı qızı vurub.
Hadisədən dərhal sonra sürücü və ətrafdakı vətəndaşların köməyi ilə yaralı uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər