Mingəçevirdə yaşyarımlıq uşaq 3-cü mərtəbədən yıxıldı - Yenilənib

mingecevirde-yasyarimliq-usaq-3-cu-mertebeden-yixildi
Oxunma sayı: 2128

Mingəçevirdə yaşyarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

“Qafqazinfo” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsi, 6 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.

Yevlax rayonunun Aşağı Bucaq kənd sakini 2023-cü il təvəllüdlü Əsma Xasızadə nəzarətsiz qalıb, binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı körpə doğmaları tərəfindən təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 3-ü saat 21:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2023-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) hospitalizasiya olunub. 

Qapalı kəllə-beyin travması, sağ alın gicgah nahiyəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Hazırda Uşaq intensiv terapiya bölməsində azyaşlının müalicəsi davam etdirilir, vəziyyəti stabildir.