Mir Cəlalın ölümündən 36 il keçdi

mir-celalin-olumunden-36-il-kecdi
Oxunma sayı: 1158


“Qafqazinfo”nun məlumatına görə, Mir Cəlal 36 il bundan əvvəl - 1978-ci il sentyabrın 28-də dünyasını dəyişib.

Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə atasının vəfat etməsi səbəbindən o, böyük qardaşının himayəsində yaşayıb.

O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

1928-ci ildə ilk qələm təcrübəsi ilə ədəbiyyat aləminə gələn “Bir gəncin manifesti” əsəri, hekayələri klassik ədəbiyyat tariximizin əsas əsərlərindən sayılır. 

Görkəmli tədqiqatçının “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin əsasını təşkil edir.