Monqolustanda 5,8 bal gücündə zəlzələ oldu

monqolustanda-58-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 921

Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.

Zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.

Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası (Medvedyev-Şponhoyer-Karnik şkalası) üzrə 7,6 bal olub.