1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun idarə etdiyi moped Zirə qəsəbəsi ərizisində hərəkətdə olarkən yolun kənarında dayanmış “Ford Transit” markalı yük avtomobilinə çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, nəticədə mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bakı şəhəri Xəzər rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.