Moskva PUA-larla atəşə tutuldu - Fotolar

moskva-pua-larla-atese-tutuldu
Oxunma sayı: 7107

Rusiyanın paytaxtı PUA-larla atəşə tutulub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, ciddi dağıntı yoxdur.

Fövqəladə xidmətlərdən verilən məlumata görə, PUA-nın qalıqları Komsomolski prospekti, 17 ünvanında aşkarlanıb.

Daha sonra ikinci PUA haqda məlum olub. O, Lixaçyov prospektində biznes mərkəzinə düşüb, 17 və 18-ci mərtəbələrdə şüşələri qırıb.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Kiyevin PUA-larla paytaxtdakı obyektləti atəşə tutmaq cəhdinin qarşısı alınıb.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu beynəlxalq terror aktı adlandırıb.