Bu gün Rusiyanın paytaxtı Moskvada son 68 ilin ən yüksək atmosfer təzyiqi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets özünün teleqram kanalında bildirib.
“Artıq 10 gündən çoxdur ki, paytaxt rayonunda atmosfer təzyiqi normadan artıqdır və bu gün saat 09:00-da barometrin göstəriciləri 772,2 millimetr civə sütununa çatıb. Bu isə normadan 25 vahid yüksəkdir”, - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəlki rekord 1954-cü ildə qeydə alınmışdı - 766,8 millimetr civə sütunu.