Moskvada daha 4 nəfər koronavirusdan öldü

moskvada-daha-4-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1261

Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərdən birinin 34, digərlərinin 80-86 yaşı var. Bununla da paytaxt şəhərdə ölənlərin sayı 24 olub. 

Qeyd edək ki, Rusiyada 4149 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib, 300 nəfər sağalıb.