Moskvada mitinqdə iştirak edən 30 nəfər həbs edildi

moskvada-mitinqde-istirak-eden-30-nefer-hebs-edildi
Oxunma sayı: 941

Moskva məhkəmələri yanvarın 23-də baş vermiş icazəsiz aksiyalar zamanı saxlanılanlardan 30 nəfəri inzibati qaydada həbs edib.

 “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir. 64 nəfər isə aksiyada iştirakına görə cərimələnib.

Xatırladaq ki, müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq yanvarın 23-də Moskvada və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilmişdi.