Komissiyanın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə,
layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onların işinin daha da asanlaşdırılmasına köməklik göstərməkdir. “Namizədlər üçün yaddaş” kitabçasında bələdiyyə üzvlüyünə qeydiyyat mərhələsi ilə bağlı atılası addımlar və qeydə alınmış namizədlərin hüquq və vəzifələri, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Son xəbərlər
Son Xəbərlər