“Müdaxiləm olmasaydı, Rusiya Ukraynanı ələ keçirərdi” - Tramp

mudaxilem-olmasaydi-rusiya-ukraynani-ele-kecirerdi
Oxunma sayı: 1639

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər o, proseslərə müdaxilə etməsəydi, Rusiya hazırda bütün Ukraynaya nəzarəti ələ keçirmiş olardı.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp qeyd edib ki, ilk prezidentlik müddətində Amerika ordusunu yenidən qurub və hazırda bu prosesi davam etdirir.

O, Rusiya və Çinin dünyada qorxduğu və hörmət etdiyi yeganə ölkənin ABŞ olduğunu vurğulayıb. NATO ilə münasibətlərə də toxunan prezident ABŞ-nin alyansı hər zaman dəstəkləyəcəyini diqqətə çatdırıb. Tramp həmçinin əlavə edib ki, Vladimir Putinin nizamlamaya yanaşmasından məmnun deyil və Vaşinqton münaqişəyə tezliklə son qoymaq niyyətindədir.