Müəssisələrdə Əmək Məcəlləsi işləmir

muessiselerde-emek-mecellesi-islemir-
Oxunma sayı: 645

Onun sözlərinə görə, sorğunun nəticələri bu sahədə vəziyyətin ürəkaçan olmadığını üzə çıxarıb. Respondentlərin 62 faizi əmək qanunvericiliyinə ümumiyyətlə əməl edilmədiyini, 26 faizi qismən əməl edildiyini, cəmi 12 faiz isə müəssisələrdə qanunların işlədiyini bildirib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (71 faizi) işəgötürənlə əmək müqaviləsi bağlamır. Bağlanan müqavilələrin (24 faiz) isə daha çox formal xarakterli olur və burada işəgötürənlərin öhdəlikləri göstərilmir, yalnız kiçik bir qrup (5 faiz) əmək müqavilələrinin Əmək Məcəlləsinə uyğun bağlandığını bildirib. Respondentlərin respondentlərin 83 faizi qanununla nəzərdə tutulan ödənişli məzuniyyət hüququndan faydalana bilmir, 14 faiz bu hüquqdan qismən yararlanır (qanunda nəzərdə tutulan məzuniyyət müddətinin yarısından istifadə etməklə), yalnız 3 faizinin normal məzuniyyət haqqı tanınır.

Layihənin ikinci mərhələsində bu istiqamətdə başqa tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşir.