Gəncədə qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirməkdə şübhəlidir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, tərəflər arasında mülk mübahisəsi olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Əliyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər