“Musa Qurbanlı hazırda depressiyaya düşüb” - Tomas Lagerlöf

musa-qurbanli-hazirda-depressiyaya-dusub
Oxunma sayı: 2479

İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf komandasının azərbaycanlı hücumçusu Musa Qurbanlının oyunlarda meydana çıxmamasının səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı forvardın hazırda çətin durumda olduğunu bildirib.

O, M.Qurbanlının ardıcıl olaraq 2 oyun kənarda qalmasının acınacaqlı olduğunu etiraf edib: “Ardıcıl iki oyundur komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdir. Yalnız 20 oyunçunu heyətə salmağın pis tərəfi budur. Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, üstəlik, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var. Kənarda qalmaq hər kəs üçün çətindir. Hazırda Musanın bir az depressiyaya düşdüyü hiss olunur. Oyun təqviminin sıx olması kənarda qalanlar üçün mənfi haldır. Bir həftə tam məşq edəndə fərqi hiss edirsən. Qurbanlının bu durumdan çıxacağına əminəm. Çətin vəziyyətdə olduğunu başa düşürəm. Bunda hamımız onunla birlikdə əziyyət çəkirik”.

Qeyd edək ki, Musa Qurbanlı İsveç çempionatının 2024 mövsümündə cəmi 1 oyunda iştirak edib.