Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı - Video

Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı
Oxunma sayı: 2447

ABŞ-ın “Nike” idman kompaniyası müsəlman qadınlar üçün çimərlik geyimi ("kupalnik") hazırlayıb. “Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən məlumatına görə, “Victory Swim” kolleksiyası 2020-ci il fevralın 1-dən bütün firma mağazalarında satışa çıxarılacaq.

Tamamilə bağlı çimərlik kostyumu və ayrıca üzmək üçün nəzərdə tutulmuş hicab tez quruyan parçadan hazırlanıb, hansı ki, həm də günəşdən qoruyur.

Qeyd edək ki, 2017-ci ildə kompaniya müsəlman qadınlar üçün idman hicabı buraxmışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi