Müstəqillik Günü ilə Respublika Gününün adı dəyişdirilir

musteqillik-gunu-ile-respublika-gununun-adi-deyisdirilir
Oxunma sayı: 6119

Mayın 28-i Müstəqillik Günü elan ediləcək.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

“Dəmir yumruğ”u öpmək istəyən Əməkdar artistdən - Açıqlama

Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü və oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.