Narkotik qəbul edib maşın sürdü - Həbs edildi-Video

narkotik-qebul-edib-masin-surdu
Oxunma sayı: 631

Nəsimi rayonu ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Nəsimi Rayon Polis İdarəsi DYP Şöbəsi tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər davam etdirilir.