Narkotikə görə saxlanılan məşhurlar sərbəst buraxıldı

narkotike-gore-saxlanilan-meshurlar-serbest-buraxildi
Oxunma sayı: 2600

Ötən gün İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində polis tərəfindən nəzarətə götürülən məşhurlar sərbəst buraxılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ifadə vermək üçün ərazi üzrə jandarm komandanlığına aparılan məşhurlar sorğu-sual edilib və qan nümunələri götürülüb.

Testlərdən sonra 19 tanınmış simanın hamısı sərbəst buraxılıb.