Türkiyənin məşhur aktyoru İsmail Hacıoğlu narkotik vasitə istifadə etdiyini etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, Hacıoğlunun prokurora verdiyi ifadəsi yayılıb.
Aktyorun sosial şəbəkələrdə paylaşılan etirafedici ifadəsi sevənləri tərəfindən fərqli reaksiyalarla qarşılanıb: “Narkotik maddənin dadına ilk dəfə Hollandiyada olanda baxdım. Sonradan ara-sıra stresli vaxtlarımda istifadə etmişəm. Narkotik tərkibli maddəni teleqramdakı satış səhifələrindən sifariş edirdim. Amma sifarişi çatdıranların üzünü heç vaxt görməmişəm. Adətən narkotiki gətirib yaşadığım ünvandakı poçt qutusuna qoyurdular, mənim qoyduğum pulu da eyni yerdən götürüb gedirdilər. Dediyim kimi, stres səbəbindən narkotik maddə qəbul etmişəm. Peşmanam”.
Qeyd edək ki, İsmaill Hacıoğlu bir gün şübhəli şəxs qismində saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Hadisədən sonra aktyor baş rol aldığı “Cennetin Çocukları” serialından uzaqlaşdırılıb.
Hacıoğlu daha çox dünyaca məşhur “Ayla” filmi və “Mahkum” serialı ilə tanınıb.
Son xəbərlər
Son Xəbərlər