Narkotikin təsiri altında maşın sürən şəxs qəza törətdi

narkotikin-tesiri-altinda-masin-suren-sexs-qeza-toretdi
Oxunma sayı: 2406

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Masallı rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə qəza törədib.

Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra narkotik vasitədən istifadə etdiyi məlum olub.

E.Məmmədov məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Surxay Şahbazov