NATO-nun növbəti sammiti Türkiyədə olacaq

nato-nun-novbeti-sammiti-turkiyede-olacaq
Oxunma sayı: 1041

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında bildirilir.

2027-ci ildə isə NATO sammiti Albaniyada təşkil ediləcək.

Xatırladaq ki, bu gün Haaqada NATO sammiti öz işini başa vurub.