Naxçıvan Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı məhkəmədə öldü - Foto

naxcivan-edliyye-nazirliyinin-kecmis-emekdasi-mehkemede-oldu
Oxunma sayı: 9310

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı təqsirləndirilən şəxs ölüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb.

"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - deyə o qeyd edib.

***

"Qafqazinfo"nun məlumatına görə, məhkəmə zalında ölən şəxs iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunurmuş. 62 yaşlı Ş.Qədimov həbsdə deyildi. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

***

Lent.az-ın məlumatına görə, Ş.Qədimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin keçmiş əməkdaşıdır.