Naxçıvanda cəmi 10 ay nazir oldu...

naxcivanda-cemi-10-ay-nazir-oldu
Oxunma sayı: 11077

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin olunub, bu vəzifəyə polkovnik Süleyman Nemətov gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bu sərəncamdan öncə isə Rəşad Rafiq oğlu İsmayılov nazir vəzifəsindən azad edilib.

Qeyd edək ki, polkovnik İsmayılov bu vəzifəyə bu ilin fevralın 7-də Ali Məclisin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi.