Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Türkiyədə ali təhsil alan C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.
O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprelindən yeni təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub.