“Naxtel”dən abonentlərə SMS - Dekabrın 15-dən...

naxtelden-abonentlere-sms
Oxunma sayı: 474

“Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dekabrın 15-dən dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat abonentlərə sms vasitəsilə bildirilib.

Qeyd edək ki, “Naxtel” MMC daha əvvəl xidmətlərin dekabrın 1-dən dayandırılacağını açıqlamışdı.

Bildirilmişdi ki, abunəçilər hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etməlidirlər.