Nazir nüfuzlu universitetlərə qəbul olunan olimpiada qalibləri ilə görüşdü - Fotolar

nazir-nufuzlu-universitetlere-qebul-olunan-olimpiada-qalibleri-ile-gorusdu
Oxunma sayı: 2004

Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir onları qazandıqları uğurlara görə təbrik edərək gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb.

Sonra nazir gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb.

Görüşün sonunda hədiyyələr təqdim edilib.