Nazirdən Ağalı paylaşımı - Fotolar

nazirden-agali-paylasimi
Oxunma sayı: 4450

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər 29 ildən sonra ilk qar sevincini yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində məktəbin həyətində qartopu oynayan müəllim və şagirdlərin fotoları paylaşılıb. 

Xatırladaq ki, kənd məktəbi 2022-ci il mayın 27-də açılıb. Təhsil müəssisəsi 360 şagird tutumuna malikdir.