Nazirə sualınız var?

nazire-sualiniz-var
Oxunma sayı: 656

Səhiyyə naziri Oqtay Şirəliyev sabah Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

“Qafqazinfo”nun məlumatına görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.