İsveçrəyə məxsus məşhur “Vetements” brendinin istehsalı olan qeyri-adi dizayna malik köynək müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, brend üzərində ütü yanığını xatırladan dizayn olan köynəyi 1139 dollara (1936 manat) satışa çıxarıb.
Bir çox sosial şəbəkə istifadəçiləri köynəyin dizaynını kreativ hesab etsələr də, qiyməti və konsepsiyanı tənqid edənlər də olub. Xüsusilə Türkiyədə istifadəçilər köynəklə bağlı zarafatyana paylaşımlar ediblər. Onlar təsadüfi ütü yanığının yüksək qiymətli dəb məhsuluna çevrilməsinə dair ironik fikirlər səsləndirilib. Belə ki, “Anam da beləsini etmişdi”, “Mən də eynisini pulsuz edərəm”, “Mən də ərimin köynəyini belə yandıracağam”, “Anamın cehizlik ütüsü iş başında” kimi şərhlər qısa zamanda viral olub.


Son xəbərlər
Son Xəbərlər