Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, “Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.
İ. Əliyev müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək. Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, IT sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və IT biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir.
Son xəbərlər
Son Xəbərlər