Nərimanovda Polis Günü qeyd olundu - Fotolar

nerimanovda-polis-gunu-qeyd-olundu
Oxunma sayı: 583

Nərimanov rayonunda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov təşkilatının, Rayon hüquq-mühafizə orqanlarının, Nərimanov Bələdiyyəsinin, Rayon Ağsaqqallar Şurasının, Polis İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edənlər tədbir iştirakçılarını Polis Günü münasibətilə təbrik edərək, Ulu Öndərin qətiyyəti, müdrikliyi, Möhtərəm cənab Prezidentin fenomenal siyasəti sayəsində ölkəmizin uzun illərdir ki, dünya miqyasında ən sabit ölkələrdən biri olduğunu vurğulayıblar.  İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında polisin uğurlu və əhəmiyyətli fəaliyyətindən danışmışlar.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı hədiyyələr və fəxri fərmanlarla təltif olunublar.