Nəsimi rayonunda Polis Günü qeyd olundu - Fotolar+Video

nesimi-rayonunda-polis-gunu-qeyd-olundu
Oxunma sayı: 550

Azərbaycan Polisi Günü münasibətilə Nəsimi rayonunda rayon icra hakimiyyətinin, rayon polis idarəsinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Nəsimi Rayon Polis İdarəsində təşkil olunan tədbirdə Ümummilli Liderin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və rayon prokuroru Həsən Hənifəyev polis orqanlarının ölkədə ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayaraq polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidmətdə yeni uğurlar arzulayıblar.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.