Nəsrin “Yasak elma”dan getdiyini təsdiqlədi

nesrin-yasak-elmadan-getdiyini-tesdiqledi
Oxunma sayı: 3458

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadə Fox TV-də yayımlanan məşhur “Yasak elma” serialından gedəcəyini təsdiqləyib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa canlandırdığı fenomen Şahika obrazının ssenariyə uyğun olaraq öləcəyini bildirib.

“Əfsanələr ölməz. Tamaşaçılar mənim məşhur sözlərimi eşitmədən necə yaşayacaq? Bilmirəm! Möhtəşəm bir obrazı canlandırdım. Ssenariyə uyğun olaraq xarakterim serialla vidalaşır. Hələ təkliflər barədə düşünmürəm, amma sizə böyük sürprizlərim olacaq”, - deyə N. Cavadzadə qeyd edib.