Niderlandda körpü uçdu - Ölənlər var

niderlandda-korpu-ucdu
Oxunma sayı: 1600

Niderlandın Loxem şəhəri yaxınlığında tikintisi davam edən körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları “X” sosial şəbəkəsində məlumat yayıb.

“Körpünün tikintisi zamanı insident baş verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.