Fransada məktəbliləri daşıyan avtobuslar qəzaya uğradı - Yaralılar var

fransada-mekteblileri-dasiyan-avtobuslar-qezaya-ugradi
Oxunma sayı: 838

Fransanın Kale şəhərində məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France press” məlumat yayıb.

Qəza nəticəsində 26 məktəblinin xəsarət aldığı bildirilib.

Məlumata görə, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hər iki avtobusda ümumilikdə yüzdən çox şagird olub.