Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2026-cı ilin ilk səyyar vətəndaş qəbulunu keçirib.
“Qafqazinfo” xəbər verir ki, 38 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Niyazi Bayramov şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüb.
Şəhər rəhbəri vətəndaşların müraciətlərini dinləyərək işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.
Səsləndirilən müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə icrası üçün qeydiyyata götürülüb.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.








Son xəbərlər
Son Xəbərlər