Nizam Osmanovun vəzifəsi ləğv edilib

nizam-osmanovun-vezifesi-legv-edilib
Oxunma sayı: 12745

Bir neçə gün əvvəl müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. 

“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda, nazir müavinləri idi və yeni dəyişikliyə əsasən, adları nazir müavinləri siyahısından çıxarılıb.

Həmçinin oxuyun: Бывшему главе ИВ смягчили приговор 

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.

Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.

Sail Ağasəlim