Nizami rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar

Nizami rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir
Oxunma sayı: 734

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, müəyyənləşdirilmiş qrafikə uyğun mütəmadi olaraq, rayon ərazisindəki inzibati binalar, zavod və anbarlar, tibb müəssisələri, məktəb və bağçalar, ictimai obyektlər, otel, restoran və kafelər, idman-sağlamlıq kompleksləri və zalları, istirahət parkları, iri ticarət mərkəzləri və bazarlar, yaşayış binaları, məhəllədaxili yollar və səkilər, məhəllələrdəki məişət tullantıları konteynerləri və meydançaları qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş xidmət sahələrinin əməkdaşları tərəfindən xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur.

Rayon ərazisində koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq sakinlər arasında maarifləndirmə işləri aparılır, vətəndaşlara ehtiyac olmadığı hallarda evlərindən çıxmamaları, həmçinin 65 yaşdan yuxarı sakinlərin xüsusi karantin rejiminə əməl etmələri tövsiyə olunur.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi