NN müfəttişinin taksi sürücüsünə “oynadığı oyun” qəzaya səbəb oldu- - Fotolar

nn-mufettisinin-taksi-surucusune-oynadigi-oyun-qezaya-sebeb-oldu-
Oxunma sayı: 3217


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, Tbilisi prospektində müştəri qismində "90 NZ 109" dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan nəqliyyat müfəttişi  hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon  Şöbəsində araşdırma aparılır.