Nobel alan yazıçı danışdı- - "Nəvəmə həsr edirəm..."

nobel-alan-yazici-danisdi-
Oxunma sayı: 1416


Modiana zənglərə cavab verməməsini  ictimaiyyət qarşısına çıxmağı sevməməsi ilə əlaqələndirib. Yazıçı bildirib ki, o bu mükafatı nəvəsinə həsr edir, lakin Akademiyanın qərarını istənilən halda “qəribə” hesab edir:

“Mənim üçün bu böyük şərəfdir, lakin mənə xüsusi maraqlı olan məqam məni seçmələrinə komitənin verdiyi izahdır. Çünki biz kitab yazanda hər zaman təxmin edə bilmirik ki, qarşı tərəf bunu necə qarşılayacaq. Axı biz eyni anda həm yaza, həm də oxuya bilmirik. Buna görə Nobel Komitəsinə təşəkkür edirəm ki, onlar kitablarımın özündə nəyi əks etdirdiyini mənə dedilər. Bu mənə qeyri-real gəlir. Çünki mən öz uşaqlığımı, hətta Kamyunu da – o zaman 12 yaşım vardı – daha sonra digər yazıçıları da xatırlayıram. Heyran qaldığım insanlarla məni müqayisə etməkləri inanılmazdır”.

Yazıçının sözçüsü Paskal Riçard isə mətbuata açıqlamasında bildirib ki, mükafatı alması ilə bağlı xəbər Modianoya veriləndə o, restoranda olub: “O, qalib gəlməsi xəbərini eşidəndə həyat yoldaşı ilə birgə restoranda idi. Xoşbəxt idi, gülürdü”.