Nöqsanlara görə işdən çıxarılan kollec direktorunun yerinə təyinat var

noqsanlara-gore-isden-cixarilan-kollec-direktorunun-yerine-teyinat-var
Oxunma sayı: 2064

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, 13 mart 2024-cü il tarixli müvafiq əmrlə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. 

S.Dadaşov bu vəzifəyə qədər kollecdə müəllim kimi çalışıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən kollecinin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev vəzifəsindən azad edilmişdi. Buna səbəb kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanların aşkarlanması idi.