“Normand dördlüyü”nün görüşü bitdi - Video+Yenilənib

normand-dordluyunun-gorusu-bitdi
Oxunma sayı: 3402

Rusiya prezidenti Vladimir Putin “normand dördlüyü”nün sammitində iştirak etmək üçün Parisə yola düşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “dördlüy”ün danışıqları Yelisey sarayında baş tutacaq. Bundan başqa, Putinin fransalı və ukraynalı həmkarları Emmanuel Makronla və Vladimir Zelenski ilə ayrıca görüşləri nəzərdə tutub. Kreml rəhbəri Almaniya kansleri Angela Merkellə də görüşəcək.

Qeyd edək ki, “normand dördlüyü” rəhbərləri (Rusiya, Ukrayna, Fransa, Almaniya” Donbasdakı vəziyyətin tənzimlənməsini müzakirə etmək üçün bir araya gəliblər.

***

Yelisey sarayında “normand dördlüyü”nün görüşü başlayıb. Dəyirmi masada Putin Zelenski ilə üz-üzə əyləşib. Müzakirələrin 2 saat 45 dəqiqə davam edəcəyi gözlənilir. 

***

Görüş başa çatıb. Liderlərin müzakirələri 2 saatdan çox çəkib.